AZ

Makronun əleyhinə etirazlar başlayıb

Fransa günə prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətinə etirazlarla başlayıb.

Busaat.az xəbər verir ki, Fransada sosial media platformalarında “Hər şeyi dayandıraq” şüarı altında aksiyaya çağırışlardan sonra aylardır ölkə daxilində etirazlar keçirilib.

Makronun sosial-iqtisadi siyasətinə qarşı çıxan etirazçılar səhər saatlarından etibarən hərəkəti dayandırmaq və Paris, Lion və Renn şəhərlərinə avtobusların girməsinə mane olmaq üçün müxtəlif cəhdlər edib. Məlumata görə, yüzlərlə etirazçı Renn şəhərinin cənub və şimalındakı dairəvi yolda toplaşıb və nəqliyyatın hərəkətini dayandırmaq üçün maneələr qurub.

Şəhərin şimalında fəallar barrikadalar qurublar. Müvəqqəti olaraq dayandırılan nəqliyyatın yenidən hərəkətinə şərait yaradan təhlükəsizlik qüvvələri etirazçıları ərazidən uzaqlaşdırıb. Renn şəhərində “Ponte d’Alma” dağının altında avtobus da yandırılıb.

Ölkənin ən böyük şəhərlərindən biri olan Lionda etirazçılar tramvay relslərindəki zibil qutularını aşıraraq yandırıblar. “Lyon-1” Universitetinin qarşısında da barrikadalar qurulub, etirazlar şəhərin M7 şossesində nəqliyyatın hərəkətini dayandırıb.

Nümayişlər zamanı 75-i paytaxt Parisdə olmaqla ümumilikdə 85 nəfər saxlanılıb.

Yeganə

 

Seçilən
21
busaat.az

1Mənbələr