sport24.az saytına istinadən ain.az xəbər verir.
"Traktor" klubu heyətini isveçli qapıçı ilə gücləndirib. Sport24.az xəbər verir ki, Təbriz təmsilçisi 27 yaşlı Marko Yohanssonla müqavilə imzalayıb.
194 sm boya malik qolkiper peşəkar karyerasına "Malmö"nün (İsveç) akademiyasında başlayıb. O, Almaniyada "Hamburq", "Bohum" "Hanza" və "Ayntraxt"ın (Braunşveyq) formasını geyinib.
Qeyd edək ki, Yohansson İsveçin U-15 və U-21 millilərində də çıxış edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.