AZ

"Ağadadaş bayağı oxuyan olub, Niyaməddin Musayevi efirə buraxmırdılar"

Tanınmış prodüser Anar Mədətov qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, qonaq olduğu efirlərin birində bayağı müğənnilərdən danışıb.

Xalq artistlərini hədəf alan prodüser bu sözlərlə onların keçmişini yadlarına salıb: 

"Ağadadaş Ağayev bayağı oxuyan olub. Onların bayağı mahnıları olan kasetləri vardı. O vaxt bu sənətçiləri Aztv-yə buraxardılar? Şövkət Ələkbərova, Akif İslamzadə ilə bir səhnəyə çıxarardılar? İndi sənətkar deyilir. Bünövrələrinə götürün, baxın. Baloğlan, Qədir Qızılsəs, Cavad Rəcəbov eyni qəbildən olan müğənnilər idi. O vaxtlar da elə ifaçılar vardı, problemlər yaşanırdı.

Dövr dəyişilir, siviliziyasiya inkişaf etdikcə, artıq Baloğlan Əşrəfovun mahnısını indi dünyada oxuyurlar. Ancaq o zaman Niyaməddin Musayevi efirlərə buraxmırdılar."

Musa
Milli.Az

Seçilən
54
5
milli.az

10Mənbələr