Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.
Avtosfer.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankaranın Nallıhan səmtində avtomobilin yük maşınının yük maşınına çırpılması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda tibb və jandarma qrupları göndərilib.
Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Qəza ilə bağlı jandarma tərəfindən araşdırma başladılıb.(ehuquq.az)