AZ

Bu şəxslər 11 sentyabrdan Rusiyadan deportasiya olunacaqlar


Rusiyada olmaq üçün hüquqi əsaslarını itirmiş xarici vətəndaşlar bir gün ərzində ölkədə öz hüquqi statuslarını sərbəst şəkildə tənzimləyə bilərlər; sentyabrın 11-dən bu imkan artıq olmayacaq və onlar ölkədən çıxarılacaqlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, bu gün, sentyabrın 10-da Rusiya Prezidentinin ölkədə olmaları üçün hüquqi əsaslarını itirmiş xarici vətəndaşlara hüquqi statuslarını tənzimləmək imkanı verən fərmanının müddəti başa çatacaq.
“Sentyabrın 11-dən yuxarıda adı çəkilən xarici vətəndaşlara Rusiyadan çıxarılana qədər onlara müəyyən hüquqların, o cümlədən gələcəkdə Rusiyaya girişin məhdudlaşdırılması üçün qanunla nəzərdə tutulmuş bütün tədbirlər tətbiq olunacaq”, - deyə nazirlikdən bildirilib.
Seçilən
6
1
yeniavaz.com

2Mənbələr