ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Rusiyada olmaq üçün hüquqi əsaslarını itirmiş xarici vətəndaşlar bir gün ərzində ölkədə öz hüquqi statuslarını sərbəst şəkildə tənzimləyə bilərlər; sentyabrın 11-dən bu imkan artıq olmayacaq və onlar ölkədən çıxarılacaqlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, bu gün, sentyabrın 10-da Rusiya Prezidentinin ölkədə olmaları üçün hüquqi əsaslarını itirmiş xarici vətəndaşlara hüquqi statuslarını tənzimləmək imkanı verən fərmanının müddəti başa çatacaq.
“Sentyabrın 11-dən yuxarıda adı çəkilən xarici vətəndaşlara Rusiyadan çıxarılana qədər onlara müəyyən hüquqların, o cümlədən gələcəkdə Rusiyaya girişin məhdudlaşdırılması üçün qanunla nəzərdə tutulmuş bütün tədbirlər tətbiq olunacaq”, - deyə nazirlikdən bildirilib.
Sentyabrın 11-dən etibarən Rusiyada olmaq üçün hüquqi əsaslarını itirmiş miqrantlara nikahı qeydiyyata almaq və ya boşanma üçün ərizə vermək qadağan ediləcək. Həmçinin, onlar övladlarını uşaq bağçalarına və ya təhsil müəssisələrinə yazdıra, nəqliyyat vasitələrini idarə edə və hər kəsin gündəlik həyatda ehtiyac duyduğu digər xidmətlərdən istifadə edə bilməyəcəklər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.