Fransada 10 sentyabr tarixində tarixə düşəcək xaos günü yaşanır. Aylardır sosial şəbəkələrdə “Hər şeyi bloklayın” şüarı ilə edilən çağırışlardan sonra bu gün bütün Fransanı etiraz aksiyaları bürüyüb.
Makronun sosial-iqtisadi siyasətinə qarşı çıxan etirazçılar magistralları, dairəvi yolları, qatar stansiyalarını, universitetləri, böyük orta məktəbləri, xəstəxanaları, fabrikləri, neftayırma zavodlarını, şirkətləri və atom elektrik stansiyalarını hədəf alıb. Paris, Lion və Renn kimi şəhərlərə səhər saatlarından etibarən hərəkəti dayandırmaq və avtobusların yollara çıxmasına mane olur.
Bütün ölkədə orta məktəblərdən magistral yollara, qatar stansiyalarından atom elektrik stansiyalarına qədər bütün sahələr etirazçılar tərəfindən demək olar ki, bloklanıb. Parisdə orta məktəblərin qarşısında başlayan tələbə etirazları qısa müddətdə polislə toqquşmaya çevrilib, etirazçlar zibil qutularını yandırıb, yollar bağlayıb.
Yüzdən çox etirazçının saxlandığı bildirilir.
Qeyd edək ki, etiraz aksiyaları və tətilər hökumətin iqtisadi siyasətinə qarşı yönəlib. Belə ki, iyul ayında baş nazir Fransua Bayru büdcə xərclərinin 44 milyard avro həcmində qənaəti məqsədilə bir neçə dövlət bayramının iş günü elan edilməsini və bir sıra sərt büdcə islahatlarının aparılmasını təklif etmişdi.
TAHİR