AZ

Nepal hökumətinə o başçılıq edəcək FOTO

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Nepalda etirazçılar ölkənin keçmiş Ali Məhkəmə sədri Suşila Karkinin Baş nazirin səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi təyin edilməsini tələb edirlər.

Bakupost.az xəbər verir ki, bu barədə “İndia Today” nəşri öz mənbələrinə istinadla xəbər yayıb.

Nəşrin məlumatına görə, bu gün 5000-dən çox gənc ölkənin növbəti Baş nazirinin kim olmasını müzakirə etmək üçün onlayn görüşdə iştirak edib. Əvvəlcə Katmandu meri Balen Şah əsas namizəd kimi göstərilirdi, lakin iştirakçılar onunla əlaqə saxlamağın mümkün olmadığını bildiriblər.

Məlumata görə, artıq Karkiyə Baş nazir vəzifəsini tutmaq təklif olunub. O isə öz namizədliyini dəstəkləmək üçün azı 1000 imzanın toplanmasını xahiş edib. Artıq 2500-dən çox imza toplandığı bildirilir.

Suşila Karki

Qeyd edək ki, 72 yaşlı Suşila Karki Nepalda Ali Məhkəmə sədri olmuş ilk qadındır.

Nepalda iğtişaşlar 8 sentyabrda başlayıb. Tələbələr və məktəblilər küçələrə çıxaraq korrupsiyaya və sosial şəbəkələrə çıxışın məhdudlaşdırılmasına etiraz ediblər. 20-dən çox insan həlak olub, 500-dən çoxu isə xəsarət alıb. Hökumət ölkə üzrə müddətsiz komendant saatı tətbiq edib, ordunu Katmanduya yerləşdirib. 9 sentyabrda sosial şəbəkələrə qoyulan qadağa ləğv olunsa da, etirazlar davam edib. Bundan sonra Nepal Respublikasının Sosialist Partiyasından (RSP) 20 deputat istefa verib, həmçinin baş nazir Xadqa Prasad Şarma Oli vəzifəsini tərk etdiyini açıqlayıb.

Aysel,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
www.bakupost.az

2Mənbələr