AZ

Dotasiyaların həcmi və sayı azalır

Son illərin müvafiq göstəricilərinə baxdıqda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulan rayonların sayında və vəsaitin məbləğində azalma tendensiyası müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının şöbə müdiri Azim Abasov qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ildə dotasiya alan rayon və şəhərlərin sayı 5 olacaq ki, bu da 2023-cü illə müqayisədə 3, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 vahid azalma deməkdir.

Seçilən
1
1
ikisahil.az

2Mənbələr