AZ

“Onlar oxucuya, izləyiciyə nümunə ola bilməz!” – ŞOK AÇIQLAMA

Məşhurların şəxsi münasibətlərə dair açıqlamaları tez-tez gündəm olur. Bu dəfə tanınmış iş qadını və model Diana Əhədpur “xəyanət” mövzusu ilə bağlı dedikləri ilə diqqət çəkib. O bildirib ki, xəyanəti yalnız bir şərtlə bağışlaya bilər – əgər tərəfdaş açıq danışsa və yalan olmasa. Modelin sözlərinə görə, “onsuz da hamı xəyanət edir” və əsas məsələ gizlədilməməsidir. Bu yanaşma isə həm qadın-kişi münasibətlərinə, həm də ailə institutuna dair ciddi suallar doğurur.

Sosioloq Üzeyir Şəfiyev məsələ ilə bağlı “Yeni Sabah”a danışıb və mövzunu belə şərh edib:

“Ümumiyyətlə, mən mətbuatın şou-biznes adamlarının qırnaq arası tövsiyə xarakterli müstəhəbələrini auditoriyaya, cəmiyyətə, oxucuya, tamaşaçıya sırınmasının əleyhinəyəm. Çünki onlar populyar ola bilərlər, izlənilə bilərlər, ancaq örnək və kumir kimi oxucuya, tamaşaçıya, auditoriyaya təqdim olunmamalıdırlar. pizza hut

Mətbuat orqanları, saytlar və sosial media onlardan auditoriya toplamaq, gündəm yaratmaq üçün çıxışlarını bu şəkildə təqdim etməməlidirlər. Siz populyar insanlar, məşhur insanlar ola bilərsiniz, amma onlar cəmiyyətə neqativ də təsir edə bilirlər. Ona görə də bu işdə bir qədər də mətbuatımızın günahı var”.

Müsahibimiz bildirib ki, bu məsələdə diqqətli olmaqda fayda var:

“Güman ki, bu məsələdə diqqətli olmalıyıq. Daha çox örnək ailələrin, örnək valideynlərin təcrübələrini bölüşmək və onlardan müsahibələr vermək olar. Ancaq biz görürük ki, mətbuatda məhz şou-biznes adamlarının qırnaq arası tövsiyələri, nədənsə, manşetləri bəzəyir.

Düşünürəm ki, biz bu məsələdə başa düşmürük mətbuatın, mediyanın və sosial şəbəkələrin də günahını. Həyatı deyir və əlbəttə ki, biz bu məsələdə diqqətli olmalıyıq – həm televiziyalar, həm sosial media, həm də mətbuat”.

Seçilən
9
4
hurriyyet.az

5Mənbələr