Böyük Britaniyada aclıq böhranı dərinləşir.
Busaat.az xəbər verir ki, “Trussell” qida bankı şəbəkəsinin hesabatına görə, 14 milyondan çox insan əsas qidaya çıxışı yoxdur. Onların arasında 3,8 milyon uşaq var. Bu, ölkədə hər dörd uşaqdan birinin aclıqla üzləşməsi deməkdir.
Hesabatda 2022-ci ildə 11,6 milyon olan aclıq çəkənlərin sayının iki il ərzində 2,5 milyon nəfər artdığı qeyd edilib. Mütəxəssislər böhranın əsas səbəbləri kimi aşağı gəlir, qeyri-adekvat sosial yardım, kirayə haqlarının və enerji qiymətlərinin artımını göstəriblər.
Ən böyük risk altında olan uşaqlar
Məlumatlara görə, beş yaşdan kiçik uşaqların 31 faizi aclıq təhlükəsi altında olan ailələrdə yaşayır. Ərzaq banklarından istifadə edən ev təsərrüfatlarının təxminən üçdə biri işləyən ailələrdir. Bu onu göstərir ki, ödənişli iş artıq yoxsulluqdan qorunmur.
Şəxsi ev kirayəçilərinin 28 faizi və sosial mənzil kirayəçilərinin 44 faizi qida təhlükəsizliyindən əziyyət çəkir. Ev sahibləri arasında bu nisbət 8 faizə enir.
Hökumətə təzyiqlər artır…
Tədqiqatın arxasında duran ekspertlər Leyboristlər hökumətini təcili tədbirlər görməyə çağırıblar. Onlar xüsusilə “iki uşaq” limiti kimi tanınan müavinət məhdudiyyətinin aradan qaldırılmasını tələb edirlər. Hesablamalara görə, bu siyasətə son qoyulması 670 000 insanı ağır yoxsulluqdan çıxara bilər, onlardan 470 000-i uşaqlar olacaq.
“Siyasi qalmaqal”
Müxalif Leyboristlərdən olan deputat Kim Conson aclıq böhranını qalmaqallı siyasi uğursuzluq kimi qiymətləndirib. Müstəqil deputat Rachael Maskell, mənzil xərclərinin və yüksək yaşayış dəyərinin ailələri əzdiyini bildirib və hökuməti hərtərəfli yoxsulluqla mübarizə strategiyası elan etməyə çağırıb.
Hökumətin bəyanatı:
Böyük Britaniyanın Əmək və Təqaüd Departamentindən qeyd olunub:
“Qida banklarından asılılığın qəbuledilməz artımını dayandırmaqda qərarlıyıq. Kasıb uşaqların ac qalmasının qarşısını almaq üçün məktəb tətilləri zamanı 1 milyard funt sterlinqlik dəstək paketi ilə pulsuz məktəb yeməkləri və qida dəstəyi veririk”.
Departament həmçinin elan edib ki, məşğulluq mərkəzlərində islahatlar və müavinət sistemindəki dəyişikliklər vasitəsilə insanları təhlükəsiz işlərə yönəltməyi hədəfləyirlər.
Yeganə