Vətəninfo.az xəbər verir ki, sosial mediada azərbaycanlı iş adamı və Xalq artisti Emin Ağalarovun Moskvada yerləşən “Aviapark” Ticarət Mərkəzindəki “Forte Bello”, “Zafferano” və “Edoko” restoranlarının bağlanması barədə iddia geniş yayılıb.
Məlumatlarda qeyd olunur ki, guya restoranların bağlanması “AgalarovRest” şirkətinin diqqətini müstəqil layihələrə yönəltmək planları ilə əlaqədardır. Hətta bu açıqlamanın “Agalarov Development” şirkətinin mətbuat xidməti tərəfindən TASS agentliyinə verildiyi iddia olunub.
Lakin Musavat.com dəqiqləşdirmə apararaq bildirir ki, nə TASS-ın rəsmi resursunda, nə də digər etibarlı mənbələrdə bu məlumatın təsdiqi tapılmayıb.
Buna baxmayaraq, iddia sosial şəbəkələrdə geniş müzakirə olunur. Biz də bu xəbəri olduğu kimi təqdim edirik ki, həm oxucuların məlumatlandırılmasına, həm də məsələnin dəqiqləşdirilməsinə xidmət etsin.