AZ

ƏDV və mənfəət vergisi yerli gəlirlərdə əsas paya malikdir

2024-cü ildə yerli gəlirlərin formalaşmasında əsasən Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi (30,6%), hüquqi şəxslərin mənfəət vergisi (26,6%) və fiziki şəxslərin gəlir vergisi (24,8%) üzrə daxilolmalar üstünlük təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının şöbə müdiri Azim Abasov qeyd edib.

Onun sözlərinə görə, 2024-cü ildə müvafiq tədiyə növündə yerli mənbələrin xüsusi çəkisi azalıb və 2,9%-13,6% aralığında dəyişib.

Seçilən
13
2
ikisahil.az

3Mənbələr