AZ

Minsk yaxınlığında Rusiya raket kompleksi üçün hərbi baza inşa olunur – KİV

Belarus ərazisində yeni hərbi bazaların tikintisinə başlanılıb. Media məlumatına görə, bu obyektlərdən biri Rusiya istehsalı olan orta mənzilli “Oreshnik” raket komplekslərinin yerləşdirilməsi üçün nəzərdə tutulur.

Editor.az xəbər verir ki, “Radio Svoboda”nın yaydığı xəbərə əsasən, Ukraynanın “Sxemlər” layihəsinin jurnalistləri belarus və estoniyalı həmkarları ilə birlikdə peyk təsvirlərini təhlil edərək ölkədəki hərbi obyektlərin xəritəsini hazırlayıblar.

Araşdırmada həm mövcud hərbi bazalar, həm də tikilməkdə olan yeni obyektlər əks olunub. Mənbələr bildirir ki, Belarusda bu tip infrastrukturun genişləndirilməsi NATO ölkələri üçün əlavə təhlükə yarada bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr