ABŞ-da avqust ayına dair istehsalçı qiymətləri indeksi (ÜFE) ölkədə aprel ayından bəri ilk dəfə aylıq müqayisədə mənfi olub (deflyasiya).
Marja xəbər verir ki, avqustda istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1% azalıb.
Bloomberg sorğusunda iştirak edən iqtisadçılar isə əksinə, qiymətlərin 0,3% artacağını proqnozlaşdırırdılar. İyul ayında aylıq istehsalçı inflyasiyası 0,7% səviyyəsində qeydə alınmışdı.
Qida və enerji qiymətləri istisna edilməklə hesablanan indeks də aylıq müqayisədə 0,1% azalma göstərib.
İllik göstəricilərdə də zəifləmə müşahidə olunub. Belə ki, avqust ayında illik istehsalçı inflyasiyası 2,6% artıb. Halbuki, Bloomberg sorğusuna görə, proqnoz 3,3% idi.
Bundan əvvəl iyul ayı üçün 3,3% olaraq açıqlanan illik istehsalçı inflyasiyası isə 3,1%-ə qədər aşağı istiqamətdə yenilənib.