AZ

Tramp sirli mavi cismi dişləyərkən fərziyyələrə səbəb oldu

Ajans.az xəbər verir ki,foto Jannik Sinner və Karlos Alkaras arasında keçirilən final matçı zamanı fotoqraf Andres Kudacki tərəfindən lentə alınıb. Görüntüdə Trampın yanında Ağ Evin mətbuat katibi Karolin Leavitt yer alır və sabiq prezidentin ağzına mavi rəngli obyekt qoyduğu aydın görünür. Sosial şəbəkələrdə bu fotodan sonra müxtəlif fərziyyələr yayılıb — bəzi istifadəçilər nanə konfet, digərləri isə dərman preparatı ola biləcəyini iddia edir. Fotoqraf Andres Kudacki bu barədə Daily Beast-ə bildirib ki, Trampın ağzına “tablet” qoyduğunu görüb, lakin bunun konkret nə olduğunu bilmədiyini vurğulayıb. O əlavə edib: “Mən bunun sadəcə nanə və ya tibbi tablet ola biləcəyini düşündüm. Tramp çox təmkinli idi, heç bir reaksiya vermədi.” Kudacki həmçinin Trampın obyekti haradan və necə götürdüyünü görmədiyini də qeyd edib. Sosial şəbəkələrdə yayılan fərziyyələr arasında mavi rəngli Altoid nanələri, eləcə də Hygroton (xroniki ödem və yüksək təzyiq üçün istifadə edilən mavi kvadrat formalı dərman) kimi preparatlar yer alır. Bununla yanaşı, bəzi istifadəçilər Trampın sağlamlıq problemlərini gizlətdiyini iddia edir. Qeyd edək ki, Trampın ayaqlarında şişkinlik və əllərində qızartılar ictimaiyyətin diqqətini çəkmişdi. İyul ayında Ağ Ev onun xroniki venoz çatışmazlıq diaqnozu aldığını təsdiqləyib. Həmçinin, Tramp əvvəllər xolesterin və saç tökülməsi ilə bağlı dərmanlar qəbul etdiyini açıqlamışdı. Hadisə, Trampın Əmək Günü həftəsonunda uzun müddət ictimaiyyət qarşısına çıxmaması fonunda baş verib. Bu da sosial mediada "#TrumpIsDead" və "#TrumpDied" kimi trend olan heşteqlərin yayılmasına səbəb olub. Bununla belə, bəzi mütəxəssislər fotoşəkildəki obyektin sadəcə nəfəs təravətləndirici nanə ola biləcəyini düşünür. Xatırladaq ki, Tramp 2005-ci ildə Tic Tac istifadə etdiyini özü etiraf etmişdi. Tic Tac şirkəti sonradan Trampın bəzi açıqlamalarına etiraz bəyanatı vermişdi. Hələlik Trampın və ya komandası tərəfindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Seçilən
62
Ajans.az

1Mənbələr