AZ

Tramp bu ölkəyə hücm edəcək?

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-nin narkotiklərlə mübarizə bəhanəsi ilə Venesuelaya mümkün hərbi müdaxiləsində Kolumbiya torpaqlarının istifadə olunmasına icazə verməyəcəyini bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Braziliyanın Manaus şəhərində keçirilən Beynəlxalq Polis Əməkdaşlıq Mərkəzinin açılış mərasimində çıxış edən Petro, ABŞ-nin Karib hövzəsindəki hərbi mövcudluğunu tənqid edib. Petro ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsinə toxunaraq deyib: 

“Kolumbiya torpaqları işğal üçün istifadə olunmayacaq. Biz işğala necə icazə verə bilərik? Kariblərin sahibi olan Latın Amerikası buna səssiz qala bilməz. 

Əks halda sabah bombalar Boqota, Manaus və bölgənin digər şəhərlərinə düşər”. Prezident Petro Venesuelada daxili siyasi problemlərin olduğunu, lakin bu problemlərin bombalarla deyil, dialoq yolu ilə həll edilməli olduğunu vurğulayıb. Latın Amerikasında siyasi parçalanmaya da diqqət çəkən Petro əlavə edib: 

“Bu, danışıqla həll olunacaq bir problemdir və hazırda Fələstində olduğu kimi, bunun raketlərlə həll ediləcəyini demək qəbuledilməzdir. Danışıq vaxtı gəlib çatıb və mən Cənubi Amerika ölkələrinin bir araya gələrək Venesuelada siyasi dialoqu yenidən başlatmasını təşviq edirəm. 

Çünki Venesuela xalqı mümkün işğal təhlükəsinə qarşı problemlərini həll etmək üçün birləşməlidir”. Prezident Petro ad çəkmədən ABŞ-ni tənqid edərək, Cənubi Amerikada heç bir ölkənin suverenliyinə yönəlmiş təhdidlərin qəbul edilə bilməz olduğunu bildirib. 

Seçilən
5
cebheinfo.az

1Mənbələr