AZ

Ali Məhkəmənin keçmiş sədri Karki Nepal hökumətinə rəhbərlik edə bilər

Nepalda hökumət əleyhinə nümayişlərdə iştirak edən Gen-Z hərəkatının nümayəndələri Ali Məhkəmənin keçmiş sədri Suşila Karkinin ölkənin müvəqqəti hökumətinin başçısı təyin olunmasını tələb ediblər. 

HİT.az xəbər verir ki, “Khabarhub”un məlumatına görə, o, baş nazir postunu tutmağa razılaşıb. Belə olan halda ölkə hökumətinə ilk dəfə qadın başçılıq edəcək.

"Reuters" xəbər verir ki, etiraz hərəkatının nümayəndələri baş nazir səlahiyyətlərini icra edən vəzifəsinə Suşila Karkinin namizədliyini irəli sürmək istəyirlər. “Khabarhub” yazır ki, saatlarla davam edən məsləhətləşmələrdən sonra Ali Məhkəmənin keçmiş sədri telefonla razılaşdığını bildirib. İndi etirazçı liderlər Nepal ordusunun baş qərargah rəisi Aşok Rac Siqdellə görüşdə bu məsələni müzakirə edəcəklər.

Nepalın baş naziri Şarma Oli ölkədə hökumət əleyhinə mitinqlərin başlamasından bir gün sonra istefa verib. Etirazçılar hökuməti korrupsiya və iqtisadi problemlərdə ittiham ediblər. Suşila Karki Nepalın Ali Məhkəməsinə rəhbərlik edən ilk qadın olub. O, məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə aparan şəxs kimi tanınır.

Bu ərəfədə Nepal sakinləri sosial şəbəkələrdə 35 yaşlı Katmandu meri Balendra Şahın baş nazir səlahiyyətlərini icra edən təyin olunmasını müzakirə ediblər. Siyasətə girməzdən əvvəl Nepalda rep döyüşlərinin və musiqi layihələrinin iştirakçısı kimi tanınırdı. Etirazlar başlayandan sonra o, hökumət əleyhinə hərəkatı dəstəkləyib.

Samir

Seçilən
17
hit.az

1Mənbələr