Avropa İttifaqı (Aİ) dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş bir milyard avroluq makromaliyyə yardımının növbəti tranşını Kiyevə köçürüb.
Busaat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Svırıdenko Teleqram kanalında məlumat verib.
O, bu transferi Avropanın Ukraynanın müdafiəsini gücləndirmək, kütləvi raket hücumlarına və sabitliyi pozma cəhdlərinə qarşı dayanıqlılığını gücləndirmək əzminin açıq siqnalı adlandırıb.
Xatırladaq ki, Ukrayna 1,6 milyard avroluq əvvəlki tranşı bir ay əvvəl alıb. Mexanizm üzrə ilk ödəniş 2024-cü ilin iyulunda, ikincisi isə 2025-ci ilin aprelində həyata keçirilib. Həmçinin iyunun sonunda Kiyev eyni mexanizmlə Kanadadan 1,7 milyard dollar alıb. Şimali Amerika ölkəsi eyni məbləği mart ayında köçürüb.
Ukrayna tərəfi dəymiş ziyanın ödənilməsi çərçivəsində Rusiyanın aktivlərinin müsadirə edilməsində israrlıdır. Moskva Kiyevə vəsait köçürməyənə qədər aktivlərin qaytarılmasını qeyri-mümkün hesab etsə də, Avropa hələlik bu addımı atmağa hazır deyil. Rusiya bloklanmış aktivlərlə əməliyyatları oğurluq hesab edir.
Yeganə