
“Opta” superkompüteri 2025/2026 mövsümündə Çempionlar Liqasını kimin qazanacağını proqnozlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Opta Analyst” “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, İngiltərənin “Liverpul” komandasının Avropanın nüfuzlu turnirində qalib gəlmək şansı ən yüksəkdir – 20,4%.
Qalib gəlmə ehtimalına görə İngiltərənin “Arsenal”ı ikinci (16%) olub. Üçüncü yerdə isə Fransanın “Pari Sen Jermen” (PSJ) klubu (12,1%) qərarlaşıb.