AZ

Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI — Görüntülər araşdırılır

"Bakıda yarışa çıxan sərnişin avtobusları ilə bağlı yayılan görüntülər araşdırılır".

Bunu Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.

"BakuBus" MMC-nin istismarında olan 149 və 72 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların sosial şəbəkələrdə yayılan görüntülərinə cavab olaraq bildiririk ki, məsələ hazırda "BakuBus"ın aidiyyəti şöbəsi tərəfindən araşdırılır.

Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə Ə.Əliyeva bildirib.

***
16:32

Bakıda yarışa çıxan "BakuBus" avtobusları həm sərnişinlər, həm də hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıblar.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Hadisə Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirildi ki, videogörüntü ilə əlaqədar araşdırma aparılacaq və məsələyə araşdırmanın nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.
 
Seçilən
9
1
demokrat.az

2Mənbələr