AZ

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? - FOTO

Rusiyanın avtomobil saytlarında ölkədəki diplomatik korpusun nümayəndələrinin xidməti avtomobilləri haqqında məlumat dərc olunub. 

Avtosfer.az xəbər verir ki, səfirlərin əksəriyyəti Almaniya istehsalı olan avtomobillərdən istifadə edir. Məsələn, Almaniya səfirinin avtomobili “Audi”dir. İtaliya səfiri də öz ölkəsinin istehsalı olan “Lamborghini” ilə hərəkət edir. Yaponiya səfirinin avtomobili isə son model “Lexus”dur.

Azərbaycan səfirinin avtomobili isə başqalarından seçilir. Diplomatik nümayəndəliyimizin başçısı gündəlik olaraq “Maybach” istifadə edir. Bu maşın komfort və qiymətinə görə digər diplomatların avtomobillərini üstələyir.

Diplomatlar arasında rus avtomobili istifadə edən yeganə şəxs BƏƏ-nin səfiridir. O, bir neçə həftə əvvəl “Mercedes”i Rusiya istehsalı olan “Aurus Senat”la əvəzləyib.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Seçilən
13
1
avtosfer.az

2Mənbələr