AZ

Qətərə hücumdan sonra Netanyahu və Tramp arasında iki telefon danışığı olub

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünən Qətərə təşkil olunan hücumdan sonra İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında iki dəfə telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Mənbə Netanyahu-Tramp danışıqlarının çox yaxşı keçdiyini bildirib.

Halbuki İsrail mətbuatında yer alan digər xəbərlərdə Dohaya hücumun Ağ Evi qəzəbləndirdiyi iddia olunub.

Xatırladaq ki, dünən İsrail ordusu Qətərin paytaxtı Dohada HƏMAS danışıqlar qrupunun yerləşdiyi binaya hava zərbələri endirib.

İsgəndər Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
525.az

1Mənbələr