AZ

Müğənninin maşınından parçalanmış cəsəd tapıldı - FOTO

ABŞ-da məşhur müğənni "D4vd" ilə bağlı tükürpərdici hadisə yaşanıb.

Avtosfer.az xəbər verir ki, Los-Ancelesdə sənətçiyə məxsus olduğu müəyyən edilən Tesla avtomobilinin içərisində parçalanmış meyit tapılıb.

Polis hadisəni araşdırır və cəsədin D4vd-ə aid olmadığını təsdiqləyib. Bildirilir ki, avtomobil evakuator dayanacağında park vəziyyətində olub.

LAPD (Los-Anceles Polis Departamenti) məlumat verib ki, avtomobilin oğurlanması və ya başqaları tərəfindən istifadə olunması ehtimalı da istintaqa daxildir.

Polis həmçinin müğənniyə hadisə barədə rəsmi məlumat verib. Sənətçinin bu işlə birbaşa əlaqəsi olmadığı vurğulanıb.

Tapılan meyitin şəxsiyyəti və ölüm səbəbi məhkəmə-tibbi ekspertizadan sonra açıqlanacaq.(milli.az)

FOTO QALEREYA
Seçilən
8
avtosfer.az

1Mənbələr