AZ

Bakıda mebel emalatxanasında 10 nəfərin öldüyü yanğınla bağlı bəzi zərərçəkənlərlə barışıq elan olunub

Bakı. Trend:

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnənpartlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevincinayət işi üzrə məhkəmə prosesidavam etdirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəməprosesində bəzi sənədlər elan edilib.
Prosesdə məlum olub ki, iki zərərçəkənlə barışıq əldə edilib.

Sənədə görə, həmin şəxslərə 30 min manat təzminat verilib.

Həmçinin onlar təqsirləndirilən şəxslərə qarşı tələb irəli sürəbilməzlər.

Təqsirləndirilən şəxsin vəkili baxılan cinayət işi üzrə şahidqismində iki şəxsin prosesə çağırılaraq ifadə verməsini xahişedib.

Hər iki şahidin ifadə verməsi növbəti prosesdə təminediləcək.

Bir neçə şahid prosesdə iştirak etməsə də, onların ifadələrielan edilmiş hesab edilib.

Məhkəmənin növbəti prosesi 24 sentyabrda keçiriləcəkdir.

Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın BakınınBinəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətininərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunanpartlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistikavə informasiya texnologiyaları idarəsində cinayət işibaşlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci iltəvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfatidarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevinüzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsiqoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-ninərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digərağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusiləkülli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələrmüəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova CinayətMəcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdənyayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarınariayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydalarınpozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəbolduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisibarəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəməninqərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Seçilən
17
3
az.trend.az

4Mənbələr