AZ

Yer kürəsini gözlənilmədən güclü maqnit qasırğası bürüyüb

Sentyabrın onunda Yer kürəsində elm adamlarını təəccübləndirən güclü maqnit qasırğası qeydə alınıb.

AzPost xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Günəş astronomiyası laboratoriyasının əməkdaşları bu hadisənin proqnozlarda nəzərdə tutulmadığını bildiriblər. Bir gün əvvəl verilən məlumatlarda maqnit sahəsinin tam sakit olduğu göstərilmişdi.

Alimlərin sözlərinə görə, qasırğa Günəşdən gələn plazma buludlarının və güclü günəş küləklərinin təsiri ilə yaranmış ola bilər. Lakin dəqiq səbəbi müəyyənləşdirmək mümkün olmayıb.

Hadisə “adi səbəb olmadan” baş verən və çox nadir rast gəlinən böyük subburya ilə izah edilir. Bu, maqnitosferdə yığılan enerjinin qəfil boşalması nəticəsində meydana çıxır. Qeyd olunur ki, bu il belə hadisə ilk dəfə müşahidə olunub.

Maqnit qasırğasının üç–altı saat davam edəcəyi, sonra isə Yer kürəsinin maqnit sahəsinin normallaşacağı gözlənilir. Hadisə zamanı yüksək enliklərdə yaşayanlar şimal işıqlarını müşahidə edə biliblər.

Alimlər belə qəfil proseslərin kosmik hava proqnozlaşdırılmasının çətinliyini bir daha göstərdiyini vurğulayırlar.

AzPost.az

Seçilən
62
azpost.info

1Mənbələr