AZ

Zərdabda 22 yaşlı qadını oğurlayan şəxs həbs edildi

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı qadının iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs — 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
41
qafqazinfo.az

10Mənbələr