AZ

Süni intellekt gələcəkdə bütün İT sektoru təsiri altına alacaq  

Analitiklərin proqnozuna görə, 2030-cu ilə qədər İT sahəsindəki hər bir tapşırıq bir şəkildə süni intellekt  ilə bağlı olacaq. Lakin bu gün şirkətlərin 65 faizi süni intellektə yatırımlardan zərər görür, amerikalıların isə yarıdan çoxu texnologiyaya skeptik yanaşır. Hazırda İT sahəsində tapşırıqların təxminən 81 faizi süni intellektsiz yerinə yetirilir. Amma cəmi 5 ildən sonra bu sahədə işlərin 1/4-ni botlar, qalan 75 faizi isə süni intellekt dəstəyi ilə insanlar icra edəcəklər. Bu proqnoz skeptiklərdə narahatlıq doğurur, çünki onlar avtomatizasiyada kütləvi ixtisarlar üçün təhlükə görürlər. İndiyədək ixtisarların yalnız 1 faizi birbaşa süni intellekt tətbiqi ilə bağlı olub.

Analitiklər vurğulayırlar ki, süni intellekt təkcə tapşırıqları dəyişmir, həm də İT şöbələrinin imkanlarını genişləndirir. Gələcəkdə onların qarşısında bir çağırış duracaq - avtomatizasiya daha az resursla daha çox iş görməyə imkan verdiyi halda, personal sayını əsaslandırmaq. Qorxulara baxmayaraq, mütəxəssislər hesab edirlər ki, süni intellekt zamanla yox etdiyi iş yerlərindən daha çoxunu yaradacaq. Belə ki, Dünya İqtisadi Forumu proqnozuna görə, 2030-cu ilə qədər dünyada süni intellekt tətbiqi sayəsində 78 milyon daha çox yeni iş yeri yarana bilər.

 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr