ain.az, Lent az saytına istinadən bildirir.
İngilis dilini bilmək adətən böyük imkanların açarı hesab olunur. Ancaq yeni Dünya Xoşbəxtlik Hesabatı göstərir ki, ingilisdilli ölkələrdə yaşayan insanlar dünyanın ən bədbəxtləri sırasındadır.
Lent.az bu barədə xarici mediaya istinadla bildirir ki, araşdırmaya görə, Böyük Britaniya, ABŞ, İrlandiya, Avstraliya, Yeni Zelandiya və Kanadada gənclər arasında stress və həyata qarşı məmnuniyyətsizlik getdikcə artır. Bunun səbəbi ingilis dili deyil. Analiz göstərir ki, əsas problem gənclərin gələcək barədə inamsızlığıdır. Xüsusən də karyera ilə bağlı narahatlıq ön plandadır.
Avropa qitəsi ilə müqayisədə fərq açıq görünür: Avropalı gənclər daha çox inanırlar ki, zəhmət və əzmkarlıq uğura gətirib çıxara bilər.
Mənzil böhranı əsas səbəblərdən biridir
Pessimizmin başlıca amillərindən biri mənzil bazarındakı böhrandır. Son 30 ildə Böyük Britaniya və ABŞ-da evlərin qiyməti 200 faizdən çox artıb. Halbuki qitə Avropasında bu artım təxminən 80 faiz təşkil edib.
Əvvəllər ev sahibi olmaq arzusu gəncləri karyera uğurlarına sövq edirdi. İndi isə çoxları mənzil almaq üçün kifayət qədər qazana biləcəyinə inanmır.
Uğurun simvolu kimi ev sahibliyi
Araşdırma göstərir ki, ingilisdilli ölkələrdə ev sahibi olmaq mədəniyyət baxımından uğurun əsas göstəricilərindən biri sayılır. Mənzil ala bilməmək gənclərdə məyusluğu və depressiyanı daha da gücləndirir
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.