AZ

"Hər şeyi bloklayın": Fransada kütləvi etirazlar

Fransızların 64 faizi Makronun

istefasını istəyir

Fransada çərşənbə günü səhər tezdən Bloquons Tout

("Hər şeyi blokla") hərəkatının təşkil etdiyi etirazlar başlayıb.

Etirazçılar magistral yolları bağlayıb, dəmir yolu nəqliyyatını dayandırıblar.

Səlahiyyətlilərin məlumatına görə, onlarla nümayişçi həbs edilib, ölkə daxilində

təhlükəsizlik qüvvələri yerləşdirilib.

Daxili işlər naziri Bruno Retayyo jurnalistlərə

bildirib ki, 6 minii Parisdə olmaqla, ölkə üzrə 80 min təhlükəsizlik qüvvəsi

yerləşdirilib. Fransa mediası nümayişlərdə 100 minə qədər insanın iştirak edəcəyini

proqnozlaşdırıb.

Nazirin dediyinə görə, artıq 200-ə yaxın adam

həbs edilib. Minlərlə nümayişçi yanğın törətməyə, istehkamlar qurmağa və

Avropanın ən işlək şəhər magistralı olan Paris dairəvi yolunu bağlamağa çalışıb.

Prefektura çərşənbə günü səhər saatlarına qədər Paris bölgəsində 95, ondan kənarda

isə 8 nəfərin həbs edildiyi barədə məlumat yayıb.

Retayyo, təxminən 50 kapüşonlu şəxsin Bordoda

nəqliyyatın qarşısını almağa çalışdığını, Tuluzada isə kabel yanğınının şəhərlə

Fransanın cənub-qərbindəki Oşem  arasında

nəqliyyatın hərəkətini dayandırmasına səbəb olduğunu, lakin tez bir zamanda

söndürüldüyünü bildirib.

Etirazçılar Parisdə Place de la Nation

yaxınlığında yanan zibil qutuları barrikadası qurub, nəqliyyatın hərəkətini

dayandırıblar və bir neçə toqquşmadan sonra polis onlara qarı gözyaşardıcı

qazdan istifadə edib.

Gecə saatlarında da paytaxtda ayrı-ayrı

etirazlar olub, lakin nazir təfərrüatları açıqlamayıb. Paris polisi 75 nəfərin

həbs edildiyini bildirsə də, onların harada və nə üçün tutulduqları barədə heç

bir təfərrüat verməyib.

Avtomobil magistralları operatoru Vinci,

Marsel, Monpelye, Nant və Lion da daxil olmaqla, Fransa boyu avtomobil

yollarında etirazlar və pozuntular olduğunu bildirib.

Fransanın dövlət dəmir yolu operatoru SNCF

xüsusilə regional TER və Intercités qatarlarında xidmətlərdə fasilələr gözləyir.

TGV yüksək sürətli qatar şəbəkəsinin etirazlardan təsirlənəcəyi gözlənilmir.

Qurumdan verilən məlumata əsasən, "iki zərərli

hərəkət" gecə ərzində Fransanın cənubunda bəzi qatarların hərəkətini bloklayıb.

SNCF bildirib ki, cənub-qərb Lot-et-Garonne

bölgəsindəki Marmande və Agen arasında iki "kabel nasazlığı" tapılıb,

bu da "Bordo və Tuluza arasında dəmir yolu əlaqələrinin pozulması ilə nəticələnib".

Tuluza şəhəri yaxınlığındakı Kolomyedəki başqa bir nasazlıq da xidmətləri

dayandırıb.

 “Hər

şeyi bloklayın” hərəkatı bu yay sosial mediada populyarlıq qazanıb və artıq

2018-ci ildə yanacağın qiymətlərinin artmasına etiraz etməyə başlayan, lakin

qısa zamanda prezident Emmanuel Makronun iqtisadi islahatlarına qarşı daha

geniş etiraz hərəkatına çevrilən “sarı jiletlilər”lə müqayisə edilib. Fəallar

hesab edirlər ki, Fransa siyasi sistemi artıq öz təyinatına cavab vermir.

Təhlilçilər hərəkatın sağçı qruplar arasında

başladığını, lakin o vaxtdan bəri sol və ifrat solçular tərəfindən əhatə

olunduğunu deyirlər.

Nümayişlər çətin ki, Fransada siyasi gərginliyin

azaldılmasına kömək etsin - parlament cəmi iki gün əvvəl baş nazir Fransua

Bayruya etimadsızlıq səsverməsini qəbul edib və onu istefaya göndərib. Çərşənbə

axşamı Makron 39 yaşlı Sebastien Lecornunu iki ildən az müddətdə beşinci baş

nazir təyin edib.

Lecornu Makronun müttəfiqidir və sələfi

Fransua Bayrunun büdrədiyi problemi həll etməli olacaq: bu ilin əvvəlinə 3,3

trilyon avroya çatan və ölkənin ÜDM-nin 114%-ni təşkil edən Fransanın artan

dövlət borcunu azaltmaq.

Yelisey sarayının bəyanatında deyilir ki,

Lekornuya Fransanın növbəti büdcəsini təsdiqləmək üçün siyasi partiyalarla məsləhətləşmələr

aparmaq tapşırılıb.

Onun təyinatı mərkəzçilər tərəfindən müsbət

qarşılanıb. Marin Le Penin sağçı “Milli Birlik”  də hələlik yeni baş nazirlə əməkdaşlığa hazır

olduğunu açıq şəkildə ifadə etdi.

Lakin radikal solçu “Yenilməyən Fransa”

partiyasından Jan-Lük Melanşon Lecornunun təyinatından razı deyil: o, heç nəyin

dəyişmədiyinə və Makronun prezidentlikdən getməsinin vaxtı olduğuna əmindir, və

artıq xəbərdarlıq edib ki, onun partiyası yeni hökumətə etimad məsələsini səsverməyə

çıxaracaq.

The Spectator jurmalı yazır ki, Fransa getdikcə

daha çox siyasi qeyri-sabitliyə qərq olur, ölkənin beynəlxalq nüfuzu isə Makronun

səlahiyyət müddətinin hər keçən günü sürətlə aşağı düşür.

Elab mərkəzinin

keçirdiyi son sorğuya görə, fransızların 64 faizi Makronun istefasını istəyir.

“Le Figaro” yazır ki, yerli vaxtla saat 15:30-a

(Bakı vaxtı ilə 17:30) olan məlumata görə, Fransada 200-dən çox, o cümlədən

Paris və ətraf rayonlarda 159 nəfər həbs edilib.

"Bu, sivil səfərbərlik deyil. Hərəkətləri

 “Yenilməyən Fransa” hərəkatının dəstəklədiyi

ekstremist və ifrat sol qruplaşmalarhəyata keçirir. Bu, xüsusilə iş şəraiti və

metodları ilə bağlı çox aydındır", - istefa verən daxili işlər naziri

Bruno Retayyo bildirib.

Rizvan

CƏFƏROV,

“Azərbaycan”

Seçilən
62
azerbaijan-news.az

1Mənbələr