AZ

Kriştiano Ronaldo qollarının sayını 39-a çatdırdı, yeni uğura imza atdı

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Macarıstanla görüşdə fərqlənməklə bacarıb.

O, mundialların seçmə mərhələlərindəki qollarının sayını 39-a çatdırıb.

Bununla da Ronaldo dünya çempionatlarının seçmə mərhələlərində ən çox qol vuran 2 oyunçudan biri olub. Forvard Qvatemala yığmasının keçmiş hücumçusu Karlos Ruizlə bərabər nəticə göstərib.

Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.

Seçilən
3
sportinfo.az

1Mənbələr