AZ

Rusiya Polşaya hücumda iki məqsəd güdür ŞƏRH

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Rusiya Polşada hansısa hədəfi vurmadıqlarını bəyan etsə də, faktiki hücumun iki məqsədi görünür”.

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“Birincisi, bunu “yoxlama atışı” kimi qiymətləndirmək olar: Ukrayna ətrafında “müharibə və müzakirə” mərhələsinin getdiyi vaxt Moskva Qərbin nəbzini yoxlamağa çalışır; İkincisi, bu, Ukraynanı dəstəkləyən Avropaya “müharibə arealının genişləndirilməsi” təhdiddir;”-, deyə, ekspert vurğulayıb.

A.Nərimanlının sözlərinə görə, Alyaska görüşündən sonra Ukraynada sülhün əldə edilməsi ətrafında müzakirələr intensivləşsə də, əsas ziddiyyət iki tələb üzərində fokuslanıb:

“Moskva işğal etdiyi ərazilərlə yanaşı, digər ərazilərin də ona verilməsini istəyir, Ukraynanın təhlükəsizliyində Qərbin maksimal iştirakına qarşı çıxır; Kiyev ərazi istəklərini qəbul etmir (münaqişənin dondurulması ilə işğal olunmuş ərazilərin ruslarda müvəqqəti qalmasını qəbul edə bilər), Avropanın iştirak edəcəyi güclü təhlükəsizlik zəmanətləri istəyir; ABŞ-ın vitse-prezidenti Ceyms Vens də “problemləri iki əsas məsələyə qədər azaltdıqlarını” deyir”.

Ekspertin fikrincə, tərəflərdən heç birinin geri çəkilmədiyi bu situasiyada Rusiyanın Polşaya hücumu Avropanın Ukraynaya dəstəyini zəiflətmək və Kiyevin müqavimətini qırmağa hesablanıb:

“Daha öncə Ukrayna Nazirlər Kabinetinə hücum edən Moskva bununla Zelenski hakimiyyətinin fiziki məhvini həyata keçirə biləcəyi nümayiş etdirdi, ardınca Polşaya hücumla Kiyevin müttəfiqlərini təhdid edir.

A.Nərimanlı əlavə edib ki, bu hücumu həm də NATO baş katibinə cavab kimi də qiymətləndirmək olar:

“Alyansın baş katibi “Putinin gücünü çox ciddiyə almamağı” tövsiyə etmişdi. Görünür, Putin Polşaya – NATO bölgəsinə hücumla gücünü nümayiş etdirir.

NATO-nun “Polşanın hava məkanının Rusiya tərəfindən pozulmasını hücum kimi qiymətləndirməməsi” Moskvaya Qərbin reaksiyasını yoxlamaq üçün yetərli hesab oluna bilər. Və, bu mövqe Rusiyanın Ukraynada yeni hücumlarının, eləcə də Avropaya təhdidlərinin önünü aça bilər”.

Lalə, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
6
www.bakupost.az

7Mənbələr