AZ

Tramp Polşa Prezidenti ilə dron insidentini müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp Polşada baş verən dron insidentindən sonra bu ölkənin dövlət başçısı Karol Navrotski ilə telefon danışığı aparacaq.

Editor.az xəbər verir ki, məsələ ilə bağlı Reuters agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, Ağ Ev və Tramp hadisəni yaxından izləyir və danışıqların sentyabrın 11-də baş tutacağı gözlənilir.

Xatırladaq ki, sentyabrın 10-da Rusiya Müdafiə Nazirliyi açıqlama yayaraq, Polşa ərazisinin zərbə hədəfi olmadığını bildirib. Nazirliyin məlumatına əsasən, həmin gecə həyata keçirilən kütləvi hücumlar yalnız Ukraynanın hərbi-sənaye obyektlərinə yönəlib.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr