AZ

Qəzza zolağında aclıqdan ölənlərin sayı 404-ə çatdı

Qəzza zolağında son 24 saat ərzində daha 5 palestinli aclıq və qidalanma çatışmazlığından vəfat edib.

Editor.az xəbər verir ki, bu barədə Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, İsrailin blokadası və zolağa qarşı hücumlar nəticəsində yaranan aclıq Fələstinlilərin həyatına ciddi təhlükə yaradır.

Beləliklə, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında aclıq və qidalanma çatışmazlığından ölənlərin ümumi sayı 404-ə çatıb. Onlardan 141-i uşaqlardır.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr