AZ

Paşinyan: Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var

Ermənistanda və onun hüdudlarından kənarda Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var.

Xezerxeber.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Bəli, sülh bərqərar olub. Lakin həm Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr var", - o qeyd edib.

N.Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda sülh bağlanıb.

"Bəyannamənin mətni imzalanıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Belə qüvvələr həm Ermənistanda, həm də onun hüdudlarından kənarda var", - o bildirib.

Seçilən
3
21
xezerxeber.az

10Mənbələr