AZ

“Millinin yeni baş məşqçisinin kim olacağını artıq hamı bilir”

“Arsenal”ın və “Barselona”nın sabiq hücumçusu Tyerri Anri Fransa millisinin növbəti baş məşqçisi haqda fikirlərini bildirib.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:

“Milli komandanın yeni baş məşqçisinin kim olacağını artıq hamı bilir. Bilirsiz, mən də. Ona uğurlar arzulamaq istəyirəm”.

Daha əvvəl Didye Deşamın gələn ilin yayında yığmanın baş məşqçi postunu tərk edəcəyi məlum olub. Yeni baş məşqçinin Zinəddin Zidan olacağı gözlənilir.

Seçilən
12
sportinfo.az

1Mənbələr