AZ

Zorakılığa məruz qalmış meymun qoruma altına alındı

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Hatay şəhərində sahibi tərəfindən pis rəftara məruz qalan makak cinsli meymun Tarsus Təbiət Parkına gətirilib. Meymun veterinarlar tərəfindən yoxlanıldıqdan sonra karantinə alınıb və “Şeker” adı verilib.

Sherg.az xəbər verir ki, təhlükəsizlik və sağlamlıq səbəbi ilə müəyyən müddət xüsusi baxım və qidalanmaya tabe tutulacaq Şeker, prosesin sonunda parkdakı makak ailəsinə qoşulacaq.

Veterinar Sibel Mazlum bildirib ki, Şeker 3- 4 yaşlı dişi meymundur, ümumi sağlamlığı yaxşıdır və çox cana yaxındır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
sherg.az

2Mənbələr