AZ

Taksi şirkətləri Bakı aeroportu üzrə xidmətlərini yeni qaydada davam etdirəcəklər

Bakı. Trend:

Artıq bir neçə gündür ki, Heydər Əliyev Beynəlxalq HavaLimanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətinqoyulması ilə bağlı məlumatlar yayılıb. Belə ki, məlumatlaraəsasən, "Uber", "Bolt" və tətbiqlə sifariş qəbul edən digərsürücülərə məhdudiyyət tətbiqi ilə bağlı xəbərdarlıq bildirişlərigöndərilib. Qeyd edilib ki, hava limanı istiqamətinə taksi sifarişimümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbuledilməyəcək.

Məsələ ilə bağlı Trend ölkədə fəaliyyət göstərən bir sıra taksixidmətlərinə sorğu ünvanlayıb.

"Bolt" taksi xidmətindən bildirilib ki, şirkəthava limanı ərazisində yeni taksi qaydaları ilə fəaliyyətini davametdirir.

Vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisindətaksi xidmətləri yalnız müasir tələblərə cavab verən vəqanunvericiliyə tam uyğunlaşdırılmış yeni avtomobillərlə həyatakeçiriləcək:

"Bu məqsədlə "Bolt" tətbiqində hava limanına aid ayrıca sifarişkateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edənsərnişinlərə rahat və komfortlu maşınlarla, həmçinin xarici dilbilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmətgöstəriləcək".

"Fəaliyyətə yalnız texniki və tibbi yoxlamalardan keçmiş,etibarlı taksi parklarına daxil olan avtomobillər və sürücülərburaxılacaq.

Qeyd edək ki, şəhərdən hava limanı istiqamətində taksisifarişinə hər hansı məhdudiyyət tətbiq edilmir", - məlumatdabildirilib.

"Uber" taksi xidmətindən isə sorğumuza cavabolaraq bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanıərazisində taksilərlə sərnişindaşımada yeni qaydalar tətbiqolunub.

Vurğulanıb ki, məqsəd hava limanından şəhərə səyahətlərimaksimum rahat və keyfiyyətli etməkdir:

"Tətbiqimizdə hava limanından şəhərə səyahətlər üçün ayrıcasifariş kateqoriyası yaradılacaq. Sərnişinlər müasir avtomobillərsifariş edə biləcək və bütün texniki və tibbi yoxlamalardan keçmiş,etibarlı taksi parklarında çalışan və xarici dilləri bilənsürücülərlə səyahət edəcəklər".

"Bu sifarişləri yalnız bütün zəruri texniki və tibbiyoxlamalardan keçmiş avtomobillər və sürücülər yerinə yetirəbiləcəklər. Şəhərdən hava limanına sifarişlər isə məhdudiyyətsizqalır — əvvəlki kimi bütün sürücülər bu sifarişləri qəbul edəbilərlər", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, məsələ ilə bağlı Heydər Əliyev BeynəlxalqAeroportu ötən gün rəsmi açıqlama yayaraq bildirib ki, hava limanıərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksifəaliyyətinin davam etməsi həm işgüzar nüfuzumuza mənfi təsirgöstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi riskləryaradır.

Vurğulanıb ki, aeroportunun əsas məqsədlərindən birisərnişinlərə yüksək səviyyəli xidmət göstərmək və onlarınrahatlığını təmin etməkdir: "Bir çox ölkələrdə olduğu kimi, havalimanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsasməkandır. Lakin bəzən qonaqlar hava limanında rəsmi taksioperatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçimimkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlimkeçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavabverməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi iləqarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması vənarazılıqları ilə nəticələnir. Təəssüf ki, hələ də oxşar hallarlarastlaşırıq".

Aeroportun məlumatında qeyd edilib ki, bu kimi xoşagəlməzhalların qarşısını almaq məqsədilə hava limanında fəaliyyətgöstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmişxidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir: "Butələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilənsəfərlərə şamil edilmir. Bütün rəsmi taksi operatorlarını xidmətkeyfiyyətini artırmağa və sərnişin məmnuniyyətini təmin etməyəçağırırıq".

Seçilən
48
3
az.trend.az

5Mənbələr