AZ

QHT sədrinin yubileyidir

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayevanın yubileyi qeyd olunur.

QHT.az xəbər verir ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva uzun illərdir vətəndaş cəmiyyəti sektorunda fəal fəaliyyət göstərir.

O, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının İdarə Heyətinin üzvüdür və müxtəlif təlimlərin, layihələrin təşkilində yaxından iştirak edib. Mehriban Abdullayeva ictimai fəaliyyətini dövlətçiliyə sadiqlik, Azərbaycan həqiqətlərinin xarici ölkələrdə təbliğini səciyyələndirir.

Onu yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Seçilən
56
qht.az

1Mənbələr