AZ

Zəngəzur dəhlizi müzakirə edilib

Azərbaycan və ABŞ arasında Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bu barədə Xezerxeber.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu müzakirələr nazir Rəşad Nəbiyev və ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə keçirilən görüşdə aparılıb.

Görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələr arasında nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Orta Dəhlizin potensialının artırılması da nəzərdən keçirilib.

Seçilən
0
22
xezerxeber.az

10Mənbələr