BAKI, 10 sentyabr. TELEQRAF
İspaniyanın “Real Madrid" klubunun futbolçusu Franko Mastantuono Argentina millisində Dieqo Maradonanın rekordunu yeniləyib.
Teleqraf xəbər verir ki, Mastantuono sentyabrın 10-a keçən gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvadorla matçda (0:1) Lionel Messinin yoxluğunda 10 nömrə altında meydana çıxıb.
“Marca” nəşrinin məlumatına görə, gənc yarımmüdafiəçi 1979-cu ildə Maradona tərəfindən müəyyən olunan rekordu (18 yaş, 9 ay, 3 gün) keçərək, Argentina milli komandasının tarixində ən gənc 10 nömrəli futbolçu olub.
Qeyd edək ki, Franko Mastantuono yay transfer pəncərəsində ölkəsinin “River Pleyt” klubundan 45 milyon avro qarşılığında “Real Madrid”ə transfer olunub.