Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedəcək.
Milli.Az xəbər verir ki, sentyabrın 26-30-da Moskvada "Ümumdünya Atom Həftəsi" keçiriləcək və bu tədbirdə öz dövlətlərində nüvə proqramlarını inkişaf etdirən müxtəlif ölkələrin liderləri iştirak edəcəklər.
Nikol Paşinyan da tədbirə dəvət olunacaq. Bundan əlavə, o, Rusiya prezidenti Vladimir Putinlə ayrıca görüş keçirəcəyini gözləyir.
Milli.Az