AZ

Aeroport yolunda 3 maşın toqquşub, xəsarət alan var

Bakıda Aeroport yolunda zəncirvari qəza baş verib.

APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində saat 17 radələrində qeydə alınıb.

Üç avtomobilin - “Mercedes”, “Changan” və “Opel”in toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
5
anews.az

9Mənbələr