AZ

Paşinyan müdafiə xərclərinin azaldılmasına aydınlıq gətirib

Ermənistan 2026-cı ildə müdafiə xərclərini azalda bilər.

Xezerxeber.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.

O qeyd edib ki, 2026-cı ildə müdafiə xərcləri 2024-cü illə müqayisədə təbii artım nümayiş etdirəcək: "Biz 2026-cı ildə müdafiə xərclərini 2025-ci illə müqayisədə artırmağı deyil, əksinə, azaltmağı planlaşdırırıq. 2025-ci ildə 2024-cü ilə nisbətən müdafiə xərclərində kəskin artım baş verib. 2025-ci ildə müdafiə xərclərində 2024-cü illə müqayisədə kəskin və qeyri-mütənasib artım olub. Biz əhəmiyyətli müdafiə xərclərini həyata keçirdik, onların bir hissəsini gələcək borc və öhdəliklərin, o cümlədən müdafiə sahəsində öhdəliklərin ödənilməsinə yönəltdik”.

Baş nazir qeyd edib ki, orta müddətli xərclər proqramına əsasən, 2026-cı il üçün müdafiə xərcləri 2024-cü illə müqayisədə təbii artım nümayiş etdirir. 

"Bu artım müəyyən təxirəsalınmaz ehtiyaclarla bağlı olub. Biz məsələn, 2030 və ya 2035-ci ildə ödəməli olduğumuz borcları və kreditləri azaltmağı məqsədəuyğun hesab etdik", - o qeyd edib.

Xatırladaq ki, 2025-ci ildə Ermənistanın müdafiə xərcləri 20 % artaraq 664 milyard dram (1,71 milyard dollar) təşkil edib. 

 

Seçilən
17
4
xezerxeber.az

6Mənbələr