AZ

Polşa şəhərləri üzərində vurulan Rusiya PUA-larının qalıqları aşkar edilib

Ötən gecə Polşanın 10 şəhərində vurulan Rusiya PUA-larının qalıqları aşkar edilib.

AzPost bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi məlumat verib.

Onun sözlərinə görə, itkilər barədə məlumat yoxdur.

Yerli vaxtla saat 15:00-a olan məlumata görə, dağıntılar Çosnovka, Çesniki, Kşivovejba-Koloniya, Olesno, Veliki Lan, Voçin, Viçalov, Viriki, Zabloçe, Mnişkov şəhərlərində tapılıb. Sonuncu Polşanın mərkəzindəki Lodz Voyevodalığında yerləşir.

AzPost.az

Seçilən
59
1
azpost.info

2Mənbələr