AZ

Emin Ağalarov Rusiyadakı restoranlarını bağladı - SƏBƏB

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Aviapark” ticarət mərkəzindəki “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları bağlanıb.

Publika.az xəbər verir ki, bunlar azərbaycanlı iş adamı, Xalq artisti Emin Ağalarova məxsus restoranlardır.

“Agalarov Development” şirkətinin mətbuat xidməti də məlumat yayaraq xəbərləri təsdiqləyib.

Bildirilib ki, buna səbəb “AgalarovRest” şirkətinin müstəqil layihələrə fokuslanmaq planlarıdır.

Seçilən
1
publika.az

1Mənbələr