Adı "Kurtuluş Orhan" deyə dəyişdirilən "Kuruluş Osman" serialına daha bir sima daxil olub.
"Unikal" xəbər verir ki, ekran işində Sevinç Kıranlı rol alacaq. O, layihədə aktyor Barış Falayın xanımı "Didar" obrazını canlandıracaq.
Layihənin yeni mövsümü 20 sentyabrdan start götürəcək.
Qeyd edək ki, serialda "Osman bəy"i Cihan Ünal, "Orhan bəy"i isə Mert Yazıcıoğlu canlandıracaq