İsrail Müdafiə Ordusu Yəmənin paytaxtı Sənaya aviazərbələr endirib.
Publika.az xəbər verir ki, zərbələr husilərin toplaşdığı hərbi düşərgələrə, qruplaşmanın təbliğat şöbəsinin qərargahına, eləcə də həm Sənada, həm də paytaxtın şimalında yerləşən ərazidəki yanacaq anbarına endirilib.
"Al Hadath" telekanalı bildirir ki, husilərin Müdafiə Nazirliyi kompleksinə endirdiyi zərbə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Ölü və yaralıların sayı açıqlanmayıb.