AZ

"Qaz sayğacı bizdən xəbərsiz dəyişdirilib" - Vətəndaş narazıdırVİDEO

Paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev 40 ünvanında yaşayan Elmir Muradov deyir ki, qaz sayğacı ondan xəbərsiz dəyişdirilib.

Xezerxeber.az-ın məlumatına görə, abonent bildirib ki, "Azəriqaz" İstehsalat Birliyi təkcə onun yox, binadakı bütün mənzillərin qaz sayğacını dəyişdirib. Elmir Muradovun əsas narazılığı isə yeni nəsil smart sayğacın köhnə mexanikisi ilə əvəz edilməsi ilə bağlıdır.

Abonent iddia edir ki, hətta sayğacların quraşdırılması zamanı xəttə edilən müdaxilədən sonra blokda qaz sızıntısı da olub. Lakin müraciət etdikdən sonra sızıntının qarşısı alınıb. Sayğacların xəbərsiz dəyişdirilməsi ilə bağlı isə qurumdan ona heç bir açıqlama verilməyib. 

Vətəndaş sayğacının köhnəsi ilə dəyişdirilməsinə etiraz etsə də, "Azəriqaz" İstehsalat Birliyi bunun qanunauyğun olduğunu deyir.

O da bildirildi ki, mexaniki və smart tipli sayğacların işləmə mexanizmində heç bir fərq yoxdur. Lakin buna baxmayaraq vətəndaşa yenidən smart sayğac quraşdırılmayacaq. Çünki daha smart tipli sayğacların satışı həyata keçirilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



Seçilən
18
xezerxeber.az

1Mənbələr