AZ

Paşinyan: O sənədə imza atmışıq, TRIP yolu olacaq

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Obyektiv reallıq var, subyektiv qavrayışlar var. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığını bir daha tanıyıb".

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan bu gün parlamentdəki çıxışında bildirib.

“Bundan belə çıxır ki, Ermənistan Respublikasının ərazisindən belə yollar keçə bilər, qərarı Ermənistan verir və bununla bağlı razılaşmalar əldə olunub”, - deyə baş nazir qeyd edib.

Paşinyan özü ilə parlamentə Vaşinqtonda imzalanmış sənədin böyük surətini gətirib: "Burada bildirilir ki, Ermənistan ərazisində TRIPP adlı infrastruktur (Tramp yolu, və ya Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) (ing. Trump Route for International Peace and Prosperity (TRIPP) -red) olacaq. Bütün söhbət ondan ibarətdir ki, bu protokolun altında ABŞ və Azərbaycan prezidentlərinin imzaları var. Əgər regional kommunikasiyalardan danışırıqsa, biz o çərçivəni cızmışıq. Trampla mən, həmçinin “Sülhün kəsişməsi” layihəsinin inkişafı ilə bağlı niyyət memorandumu imzalamışıq. Biz razılaşdıq ki, bu layihə Ermənistanın ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həyata keçiriləcək və ABŞ ora investisiya yatırmaqda maraqlıdır. Bu, obyektiv reallıqdır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
www.bakupost.az

3Mənbələr